RU

"Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq yerüstü robotların gücü ilə hücum həyata keçirib" - ISW

"Texnoloji innovasiyalardan istifadə edilməsi canlı qüvvə qıtlığını kompensasiya etməyə imkan verir..."
 
Ukrayna Silahlı Qüvvələri (USQ) ilk dəfə olaraq piyadalar əvəzinə istisnasız olaraq yerüstü robotlaşdırılmış sistemlərin işə salındığı hərbi əməliyyat həyata keçirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) ukraynalı hərbçilərə istinadən məlumat verib.
 
ISW-nin məlumatına görə, Ukrayna bölmələri Xarkovdan şimalda yerləşən Liptsı kəndi yaxınlığında yerləşən Rusiya qoşunlarının mövqelərinə hücum edib.
 
Əməliyyatda o cümlədən pulemyotlarla təchiz edilmiş yerüstü pilotsuz qurğular və ərazilərdə minaların aşkar edilməsi və minasızlaşdırılması üçün dronlar daxil olmaqla robotlaşdırılmış platformalardan istifadə edilib. Hücum nəticəsində Rusiya qüvvələrinin mövqeləri məhv edilib.
 
Ukrayna tərəfi dəfələrlə vurğulayıb ki, texnoloji innovasiyalardan istifadə edilməsi canlı qüvvə qıtlığını kompensasiya etməyə imkan verir. Öz növbəsində Rusiya az ərazilərin zəbt edilməsi naminə böyük itkilərə məruz qalır, ISW qeyd edib.
 
Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı və təkmilləşdirilməsini fəal şəkildə davam etdirir. Belə ki, USQ Baş Qərargahı optik lifli kabellər əsasında işləyən yeni pilotsuz uçuş aparatlarının sınaqlarını başa çatdırıb. Belə qurğular Rusiya tərəfindən geniş tətbiq edilən radioelektron mübarizə vasitələrinə daha davamlıdır. 
 
Bundan başqa, Ukraynanın pilotsuz uçuş aparatları istehsalı ilə məşğul olan şirkətləri tamamilə Ukrayna istehsalı olan komponentlərdən hazırlanan FPV dronunun prototipinin yaradılması barədə bəyan edib.
 
Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bundan öncə məlumat verib ki, 2025-ci ildən başlayaraq "dronlar koalisiyası" və "dəniz koalisiyası"na daxil olan ölkələr Ukraynaya "on minlərlə" müxtəlif növ pilotsuz uçuş sistemlərini tədarük etməyə başlayacaq. 
 
Pollard həmçinin deyib ki, Kiyevə dekabrda elan edilən yeni hərbi yardım paketinə həmçinin HHM sistemləri və komplektləşdiricilər, qabaqcıl kəşfiyyat dronları, son nəsildən olan pilotsuz suüstü aparatlar, minasızlaşdırma üçün dronlar, barraj edən döyüş sursatları daxil ediləcək.
Избранный
18
39
moderator.az

10Источники