RU

Braziliyada şəxsi təyyarə qəzaya uğrayıb

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətindəki Kanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra kiçik şəxsi təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər ölüb.

Qeyd edildiyi kimi, təyyarə Braziliyanın cənub-şərqindəki San-Paulu ştatına uçurdu.

Portalın dərc etdiyi kadrlarda təyyarənin şəhər binalarının üzərinə düşməsi, partlayışın baş verməsi, blokun bir hissəsinin yanması göstərilir. Təyyarə mebel mağazası və mehmanxananın binalarını dağıdıb, 15 otel qonağı yaralanıb və xəstəxanaya çatdırılıb.

Təyyarə yerli biznes meneceri Luis Klaudio Salgueiro Qaleasiyə məxsus olub.

Избранный
21
ucnoqta.az

1Источники