“Bidzina İvanişviliyə yeni seçkiləri təyin etməsi üçün bir həfəlik vaxt verirəm”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə etirazçılar qarşısında çıxışı zamanı deyib.
O, B.İvanişvili ilə şəxsən görüşməyə hazır olduğunu bildirib.
“İvanişvilini prezident sarayına dəvət edirəm. Gəlsin, çünki hər şeyə o nəzarət edir. Seçkilərin tarixi dekabrın 29-dək razılaşdırılmalıdır”, - S.Zurabişvili söyləyib.
Dövlət başçısı həmçinin altı il öncə and içdiyi ölkəyə və konstitusiyaya sadiq qaldığını bildirib.
“Mənə tezliklə dəmir barmaqlıqlar vəd ediblər, lakin biz qorxmuruq, çünki burada yalnız sevgi və azadlıq hökm sürür. Burada qarşıdurmanın olacağını deyənlər yalan söyləyirlər. Gürcüstan heç vaxtdoğru olanda təslim olmur, Gürcüstan haqlıdır və siz haqlısınız”, -prezident söyləyib.