RU

Bakıda 3 nəfər faciəli şəkildə öldü, toy təxirə salındı - Foto

Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.

Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb.

“Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.

Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.

Onların gəlinin bibiləri olduğu bildirilib.

Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.

Faktla bağlı araşdırma aparılır. / oxu.az

Избранный
4
7
show.az

10Источники