“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözləyəcəyəm”.
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini bildirib.
ABŞ-nin yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident o olsaydı, bu baş verməzdi.