RU

Şamda qurulacaq yeni hökumət İranla diplomatik əlaqələri minimallaşdıracaq



Suriyada baş verən proseslər Hizbullahın varlığını sual altına qoyur
Bilindiyi kimi Hizbullah Yaxın Şərqdə İranın maraqlarına xidmət edən ən böyük hərbi təşkilat idi.
Rəsmi Tehran Hizbullahın var olması üçün hər il artan templə milyardlarla dollar vəsait xərcləyirdi. Zaman keçdikcə mövcud situasiya İran üçün daşınması çətin yük halına gəldi. Bununla yanaşı regionda dəyişən status-kvo Tehranı seçim etmək məcburiyyətində qoydu.
Seçim və nəticələr bəllidir.
Bu il İsrailin qruplaşmaya qarşı keçirdiyi hərbi əməliyyatlar onların hərbi gücünü əhəmiyyətli dərəcədə azaltdı. Hətta məhv olmaq səviyyəsinə çatdırdı. Lakin, İran üçün daha çətin proses Suriyada yaşandı. Əsədin devrilməsi və inqilabçı qüvvələrin hakimiyyətə gəlməsi cənub qonşumuzun Suriyadan çıxması ilə nəticələndi. Əlbəttə ki, molla rejimi bölgədə nə vaxtsa yenidən öz gücünü bərpa etmək istəyəcəkdir. Bu səbəbdən zəifdə olsa Hizbullah və digər proksilərin hüceyrələrinin varlığı onlar üçün gərəklidir. Ancaq Hizbullahın təminatı Suriya üzərindən həyata keçirildiyi qruplaşmanın gələcəyi ciddi sual altındadır. Aydındır ki, Şamda qurulacaq yeni hökumət İranla diplomatik əlaqələri minimallaşdıracaq. Belə olduğu təqdirdə Tehran ya alternativ mənbə tapacaq, bu çox çox çətin görünür, ya da illərdir hamilik etdiyi qruplaşmanın məhvini izləyəcək.
Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri
Избранный
27
newscenter.az

1Источники