RU

Suriyanın yeni hökuməti Səudiyyə rəsmiləri ilə görüşüb

Suriyada hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa Dəməşqdəki Xalq Sarayında Səudiyyə Ərəbistanından gələn rəsmi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, nümayəndə heyətinə Səudiyyə kral məhkəməsinin nümayəndəsi və Səudiyyə Ərəbistanının səfiri daxildir.

Görüşün təfərrüatları hələlik açıqlanmayıb.

Избранный
20
operativmm.az

1Источники