RU

Həftəlik 7 - 8 yumurta istehlakı normaldır

Artıq çəkisi olan insanlar üçün piylənmə riski daşımır

Yeni araşdırma yumurta və piylənmə haqqında olan mifləri əks etdirərək, bu qidanın az miqdarda istehlakı sağlamlığa necə təsir etdiyini və yüksək qida dəyəri üçün ən yaxşı hazırlama üsullarını araşdırıb.
2002-2022-ci illər arasında qidalanma məlumatlarını araşdıraraq, yumurtalardan əldə edilən lesitinlər, apolipoproteinlər və doymamış yağ turşuları kimi əksər qida maddələrinin piylənmə riskinin artması ilə əlaqəli olmadığını aşkar edilib. Əksinə, bu qida maddələri lipid mübadiləsini tənzimləyərək piylənmə ehtimalını azaldır.
Yumurta ən sağlam zülal və əvəzolunmaz amin turşuları mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda əhəmiyyətli miqdarda vitamin və minerallarla da zəngindir, bu da onların ümumi sağlamlıq üçün faydasını vurğulayır.
Tədqiqatın məqsədi, sağlam insanlarda yumurta istehlakı ilə piylənmə arasındakı əlaqəni tapmaq, müxtəlif qida maddələrinin fərdi və ümumi təsirini müəyyən etmək, bu yolla da pəhriz tövsiyələrini verərək yumurtanın üstünlükləri və mənfi cəhətləri barədə məlumatlandırmaqdır.
"Həftəlik 7 - 8 yumurta istehlakı normaldır və artıq çəkisi olan insanlar üçün piylənmə riski daşımır", - deyə mütəxəssislər qeyd edib.
Qeyd edək ki, araşdırma “Poultry Science” jurnalında dərc olunub. Saglamolun.Az
Избранный
55
sherg.az

1Источники