RU

İlon Mask ABŞ məmurlarını idrak testindən keçirməyi təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı iş adamı İlon Mask ölkədə məmurlar üçün əqli qabiliyyət testinin tətbiqinə çağırıb.
Oxu.Az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") hesabında müvafiq məzmunlu yazı dərc edib.
Belə ki, sahibkar 81 yaşlı hazırkı konqresmen Kay Qrencerin demensiya xəstələri üçün qocalar evinə düşməsi xəbərinə münasibət bildirib. Millət vəkili küçədə azdıqdan sonra bu quruma aparılıb. Qrencer bu ilin demək olar ki, bütün ikinci yarısı ərzində ABŞ Konqresinin iclaslarında iştirak etməyib. Sonuncu dəfə parlamentari iyulun 24-də konkret qanun layihəsinin qəbuluna səs verib.
Jurnalistlərin sözlərinə görə, o vaxtdan bəri konqresmen zənglərə və səsli mesajlara cavab verməyi dayandırıb. Məlum olub ki, Qreyncer demensiya xəstələri evindədir. Qurumun nümayəndələri bu məlumatı təsdiqləyiblər.
Избранный
40
1
oxu.az

2Источники