RU

Yaponiya Baş Naziri Şiqeru İşibanın hökumətinə narazılıq 51%-ə yüksəlib

Bakı. Trend:

Yaponiya Baş Naziri Şiqeru İşibanın rəhbərlik etdiyi hökumətəictimai narazılıq səviyyəsi 50%-i ötüb.

Trend xəbər verirki, bu barədə Nikkei qəzetinin keçirdiyi ictimai rəy sorğusununnəticələri məlumat verir.

Sorğunun nəticələrinə görə, hökuməti tənqid edənlərin nisbətiəvvəlki araşdırmaya nisbətən 5 faiz bəndi artaraq 51%-ə çatıb. Eynizamanda hökumətin ümumi reytinqi 5 faiz bəndi azalaraq 41%-ədüşüb.

Respondentlərin fikrincə, hökumət üçün əsas prioritetlər bunlarolmalıdır:

İnflyasiya ilə mübarizə tədbirləri (38%),
Digər iqtisadi tədbirlər (36%),
Uşaqların tərbiyəsinə dəstək (27%),
İş şəraitinin və əməkhaqqının yaxşılaşdırılması (26%).

Qeyd edək ki, Şiqeru İşiba sentyabrın sonunda hakim LiberalDemokrat Partiyasının (LDP) sədri seçilib və oktyabrın 1-də başnazir olub. Vəzifəyə gələn kimi parlamentin aşağı palatasınıburaxaraq oktyabrın 27-nə növbədənkənar seçkilər təyin edib.

Sorğu dekabrın 20-dən 22-dək aparılıb və ümumilikdə 774respondent iştirak edib.

Избранный
38
az.trend.az

1Источники