Slovakiyanın baş naziri Robert Fiko Moskvaya rəsmi səfərini Ukrayna prezidenti Vladimir Zelenskinin 2025-ci il yanvarın 1-dən ölkəsinin ərazisindən Rusiya qazının tranzitinin dayandırılması ilə bağlı bəyanatına cavab adlandırıb.
Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Robert Fiko deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşü dekabrın 19-da Vladimir Zelenskinin Ukrayna ərazisindən Slovakiyaya qaz tranziti ilə bağlı istənilən variantın əleyhinə olduğunu bildirən bəyanatına reaksiyasıdır.