İsveçrə hələlik Ukrayna ilə bağlı ikinci konfrans keçirməyi planlaşdırmır, lakin atəşkəs danışıqlarına hazırlaşır.
Bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsveçrə bütün maraqlı tərəflərlə əlaqə saxlamağa davam edir. Hazırda İsveçrə ikinci sülh konfransına ev sahibliyi etməyi planlaşdırmır. Hazırda diqqət atəşkəs danışıqlarına hazırlığa yönəlib. Eyni zamanda burada ABŞ seçkiləri əsas amildir.”, - nazirliyin məlumatında deyilir.
APA