RU

“Çido” qasırğası Mozambiki vurdu: 94 nəfər ölüb, 768 nəfər yaralanıb

Mozambikdə "Çido" qasırğası nəticəsində ölənlərin sayı 94 nəfərə çatıb. Sürəti saatda 260 kilometrə çatan tornadoda 768 nəfər xəsarət aldığı halda, təxminən 622 min adam tornadodan zərər çəkib.

“İki sahil” xəbər verir ki, Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutu (INGD) dekabrın 15-dən etibarən “Çido” siklonunun ölkənin Hind okeanı sahillərini vurduğunu açıqlayıb.

Açıqlamada qasırğada 52 sağlamlıq mərkəzi, 89 ictimai bina və 250 məktəbə ziyan dəydiyi, təxminən 140 min evin qismən və ya tamamilə dağıldığı bildirilib.

Malavi Fəlakətlərin İdarə Olunması İşləri Departamenti (DODMA) dekabrın 15-dən etibarən davam edən "Çido" siklonu nəticəsində ölənlərin sayının 13-ə yüksəldiyini açıqlayıb.

Açıqlamada 30 nəfərin yaralandığı qasırğadan 35 mindən çox insanın zərər çəkdiyi qeyd edilib.

Qeyd edək ki, “Çido” siklonu dekabrın 14-də iqlim böhranından mənfi təsirlənən əsas adalardan biri olan Hind okeanındakı Fransanın Mayotte koloniyasını vurub.

Sürəti saatda 260 kilometrə çatan siklon Mozambik, Malavi və Zimbabveyə təsir edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
14
ikisahil.az

1Источники