ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarder Stiven Faynberqin namizədliyini irəli sürüb.
Herbiand.az xəbər verir ki, o, bu barədə özünün Truth Social sosial şəbəkəsində məlumat verib.
Feinberq özəl investisiya şirkəti Cerberus Capital Management LP-nin yaradıcılarından və direktorlarından biridir. “Reuters”in məlumatına görə, firma həmçinin müdafiə sənayesi podratçılarına da sərmayə qoyur.
Tramp qeyd edib ki, 2017-2021-ci illəri əhatə edən prezidentlik dönəmində iş adamı kəşfiyyat xidmətlərinin məsləhət şurasında olub.