Yəməndəki husilər Qırmızı dənizdə ABŞ ordusuna məxsus “F-18” tipli döyüş təyyarəsini məhv ediblər.
Reyting.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri ABŞ və İngiltərə koalisiyasının Yəməndə husilərə qarşı əməliyyat keçirdiyini bildirib.
Əməliyyatda “USS Harry S. Truman” təyyarədaşıyan gəmi və döyüş təyyarələrinin hədəf alındığını bildirən Yəhya Seri deyib ki, 8 raket və 17 pilotsuz uçuş aparatı ilə hücum ediblər.
Yəhya Seri
Husilərin əməliyyatına Qırmızı dənizdəki hərbi qırıcıların qarşılıq verdiyinə diqqət çəkən Seri əlavə edib ki, bu vaxt ABŞ ordusuna aid “F-18” tipli döyüş təyyarəsi vurulub.
Hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bildirib ki, “USS Harry S. Truman” təyyarədaşıyan gəmisində əməliyyat aparılarkən “F/A-18” qırıcı təyyarəsinə “USS Gettysburg” kreyserindən səhvən atəş açılıb.
Təyyarədəki iki pilotun ejektor oturacaq sistemi ilə xilas edildiyi, lakin evakuasiya zamanı onlardan birinin yüngül yaralandığı və hadisənin “dostluq atəşi hadisəsi” kimi qiymətləndirildiyi bildirilib.