RU

"Turan Tovuz"la oyun "Neftçi"nin yarımmüdafiəçi üçün əlamətdar olub

Misli Premyer Liqasının XVIII turu "Neftçi"nin futbolçusu Filip Ozobiç üçün əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində çempionatda 10-cu qolunu vurub.

Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadır. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.

Filip Azərbaycan çempionatları tarixinə üç klubda 10 və daha çox qol vuran ilk əcnəbi futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.

Ümumilikdə isə Filip Ozobiç üç və ya daha çox komandada 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur. Mütləq rekord isə Kənan Kərimova məxsusdur. O, beş fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov dörd klubda, 11 oyunçu isə üç komandada belə məhsuldarlıq göstərib.

Избранный
2
6
sia.az

10Источники