RU

Bu həftə ardıcıl 7 gün iş olacaq

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

7News.Az-ın məlumatına görə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

 
 

Избранный
13
49
7news.az

10Источники