Olaylar Yonhap agentliyinə istinadən xəbər verir ki, xüsusi istintaq qrupu həmin hadisələrin digər əsas iştirakçılarına zəng edilib-edilməməsi ilə maraqlanır. Polis bu məqsədlə müvafiq order alıb və qapalı ünsiyyət üçün istifadə edilən telefona da giriş əldə etmək niyyətindədir.
Polis, həmçinin Prezident Yun Sok Yolun maliyyə naziri Çxve San Mokuya verdiyi və hərbi vəziyyət elan edilməmişdən əvvəl əldə etdiyi sənədi araşdırır. Agentliyin məlumatına görə, sənəddə hərbi vəziyyət şəraitində parlamentin saxlanması və büdcəsinin formalaşdırılması üçün xərclərin azaldılması da daxil olmaqla müxtəlif tədbirlər sadalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31