Fins.az - Şirkətlərin uzunömürlülüyü, bir çox faktorun birləşməsi ilə əlaqəlidir. Mühüm olan strateji planlama, bazar tələblərinə uyğunlaşma, effektiv idarəetmə və yeniliklərə açıqlıqdır. Uğurlu şirkətlər uzun müddət fəaliyyət göstərə bilər, çünki onlar bazar dəyişikliklərinə uyğunlaşır, müştəri tələblərini qarşılayır və dayanıqlı iş modelləri qurur.
Bu barədə kifayyət qədər təcrübəyə malik, ölkədə tanınmış inşaat şirkəti "Zaferoğlu İnşaat"ın qurucusu və rəhbəri Zəfər Məmmədov söhbət etdik.
- Uzunömürlü şirəkətlər hansı şirətlərə daxil edilir və onların iqtisadiyyata təsiri nədir?
- Uzunömürlü şirəkətlər adətən 15-20 il və ya daha çox fasiləsiz fəaliyyət göstərən şirəkətlərdir. Bu şirəkətlər illərlə topladıqları təcrübə, bazardakı möhkəm mövqeləri və davamlı iş yerləri ilə həm iqtisadiyyat, həm də cəmiyyət üçün vacib dəyər yarıdır. Şirəkətlərin uzunömürlü olması iqtisadi sabitliyin təmin olunmasında çox önəmlidir.
- Dünya və Azərbaycan miqyasında uzunömürlü şirəkətlərin nisbəti nə qədərdir?
- Dünya miqyəsində 15 ildən artıq fəaliyyət göstərən şirəkətlərin nisbəti təxminən 20-30% arasında dəyişir. Lakin Azərbaycanda bu göstərici daha aşağıdır. Bəzi təxminlərə görə, bu nisbət 10%-dən də azdır. 2023-cü ilin mart ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 1 milyon 420 min 834 vergi ödəyicisindən 12,7%-i hüquqi şəxs və ya digər təşkilatlardır. Bu hüquqi şəxslərin çoxu məhdud məsuliyyətli cəmiyyətlərdir.
- Uzunömürlü şirəkətlərin Azərbaycanda rolu nədir?
- Azərbaycanda 15 ildən artıq fəaliyyət göstərən şirəkətlər iqtisadiyyatın əsas sütunlarındandır. Onlar bazar şəraitində dayanıqlılıq nümayiş etdirərək uzun illərin təcrübəsini qazanıb. Uzunömürlü şirəkətlər iqtisadi sabitlik yaratmaqla yanaşı, cəmiyyət üçün dayanıqlı bir gələcək vəd edir.
- Digər ölkələrin uzunömürlü şirəkətlərə yanaşması necədir?
- Dünya təcrübəsi göstərir ki, uzunömürlü şirəkətlər inkişaf etmiş ölkələrdə xüsusi dəstək mexanizmləri vasitəsilə qorunur. Almaniyada “Mittelstand” modeli ilə bu şirəkətlərə vergi güzəştləri və innovasiya təşviqləri təqdim edilir. Yaponiyada bu tip bizneslər ənənə və modernizmi birləşdirir. ABŞ-da dövlət-sahibkar əməkdaşlığı çərçivəsində uzunömürlü şirəkətlər innovasiya dəstəyi ilə təmin olunur.
- Azərbaycanda uzunömürlü şirəkətlər üçün nə kimi təkliflər irəli sürələ bilər?
- Azərbaycanda uzunömürlü şirəkətlərə dəyər verilməsi üçün bir neçə təklif irəli sürələ bilər. Xüsusi təcrübə paylaşımı proqramlarının yaradılması, vergi və kredit güzəştlərinin tətbiqi, rəqəmsallaşma və beynəlxalq bazara çıxış imkanlarının artırılması bu şirəkətlərin güclənməsinə kömək edər.
- Bu dəstəyin nəticələri nə ola bilər?
- Uzunömürlü şirəkətlərə göstərilən dəstəyin nəticələri çoxşaxəli olacaq. Belə şirəkətlər iqtisadi sabitlik yaradacaq, iş yerlərini artıracaq, bazar rəqabətini inkişaf etdirəcək və Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək. Ər təklif olunan addımlar atılarsa, uzunömürlü şirəkətlər Azərbaycanın həm keçmişinin, həm də gələcəyinin əsas dayaqlarından biri olacaq.