Fətullahçı Terror Təşkilatının (FETÖ) ən mühüm maliyyəçilərindən biri kimi tanınan və “Kervancı Ali” ləqəbli Ali Katırcıoğlunun bütün mal varlıqları xəzinəyə keçib.

İndex.az xəbər verir ki, 2015-ci ilin mart ayında Cənubi Afrikaya qaçan və FETÖ-nün xaricə pul köçürmələrini təşkil etdiyi aşkarlanan Katırcıoğlunun ailəsinə məxsus sərvətlər də müsadirə edilib.

İki il əvvəl vəfat edən Ali Katırcıoğlunun FETÖ-nün Pensilvaniyadakı şirkətlərinə 4 milyon 65 min dollar ödədiyi və bununla da təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilib.