RU

Azərbaycan çempionatının ilk yarısında keçirilmiş oyunlarda 140 mindən çox azarkeş olub

Misli Premyer Liqasının 2024/2025 mövsümünün ilk yarısında keçirilmiş 90 oyunda 144 min 355 tamaşaçı qeydə alınıb.

"İki sahil" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

Избранный
7
3
ikisahil.az

4Источники