RU

Haqsız rəqabətin qarşısının alınması istiqamətində tənzimləyici tədbirlər həyata keçirilib

Bu ilin yanvar-noyabr ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılan müraciətlər üzrə ötən illə müqayisədə 29,4 faiz artım qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, baxılan 110 müraciətin 59-u təmin olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə təmin olunma səviyyəsində 44 faiz artım müşahidə edilib.

Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Analoji dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 149 müraciətə baxılıb, 106 qanunamüvafiq izahat verilib, 26 müraciət təmin olunub. Digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 26 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.

Bu dövrdə Dövlət Xidməti tərəfindən bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə ümumilikdə 153 müraciətə baxılıb, onlardan 89-u təmin olunub.

Baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyədək artım müşahidə olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə72 müraciətə baxılıb ki, bu da 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3 dəfəyədək artım deməkdir. Baxılan müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılan digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.

Избранный
23
4
vergiler.az

6Источники