Cənubi Koreyanın cənub-şərqindəki Kimhe şəhərində hərbi bazada partlayış baş verib.
Editor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Üç mülki vətəndaşın öldüyü məlumdur. Polis əməkdaşları, xilasedicilər və hərbçilər fövqəladə vəziyyətin səbəblərini müəyyənləşdirir və dəymiş ziyanı hesablayırlar. Zərərçəkənlərin yanıq xəsarətləri aldığı və həyatları üçün təhlükə olmadığı dəqiqləşib.
Maddi-texniki təchizat bölməsinin binalarından birində tikilən anbarın təhlükəli maddələrə hazırlığının yoxlanılması zamanı partlayış baş verib. Polis, yanğınsöndürənlər və hərbçilər hadisənin səbəblərini araşdırır və dəymiş ziyanı qiymətləndirirlər.
//Samir Qurbanov, Editor.az