RU

Orban: Ukraynada sülhdən danışmaq şeytanı çağırmağa bənzəyirdi, biz bunu dəyişdik

Macarıstan Avropa Birliyinə sədr olduqdan sonra Ukraynada sülhlə bağlı dialoqa münasibətini dəyişdi. Bundan əvvəl münaqişənin sülh yolu ilə həllindən danışmaq şeytan çağırmağa bənzəyirdi.

Turkustan.az xəbər verir ki, bu müqayisəni M1 telekanalında Macarıstanın baş naziri Viktor Orban edib .

“Sülhdən danışmaq qəbuledilməz idi, şeytanı çağırmaq kimi idi. 2024-cü ilin iyulunda Avropada sülhdən danışmaq özünü gözdən salmaq deməkdi. Amma biz bunu belə buraxmadıq, bu prosesin risklərini öz üzərimizə götürdük və altı aydan sonra ona nail olduq ki, bu gün hamı sülhdən danışır”- deyə, siyasətçi vurğulayıb.

Orban əlavə edib ki, sülh danışıqları əvvəllər tabu siyasi məqsəd idi, lakin indi nəhayət, açıq müzakirəyə icazə verilib. O xatırladıb ki, o, tərəflərin Milad bayramı üçün xüsusi əməliyyat zonasında atəşkəs barədə razılığa gəlməsini təklif edib.

"Bəzi müəmmalı səbəblərə görə, Ukrayna hələ hazır deyil, lakin milad hələ gəlməyib, biz təslim olmuruq"-deyə, Macarıstanın baş naziri bildirib.

Daha əvvəl Orban Ukrayna münaqişəsində Avropanın uduzduğunu açıqlamışdı . “Rusiya yavaş-yavaş üyüdərək, Ukraynada irəliləyir”-deyə, siyasətçi etiraf etmişdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
7
turkustan.az

1Источники