“Ankaragücü”ndə forma geyinən Renat Dadaşov sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü olan forvard “Çorum”la oyundan (1:1) sonra instaqram hesabında bunları yazıb:
“Zədədən sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Asan oyun olmadı, lakin komandamız böyük əziyyət hesabına bir xal xal qazandı. Azarkeşlərimizin möhtəşəm dəstəyi var idi”.
Dadaşov “Çorum”la oyunun 62-ci dəqiqəsində meydana daxil olub. O, bir müddət əvvəl qasıq nahiyəsindən əməliyyat olunduğu üçün yaşıl meydanlardan kənarda qalmışdı.