RU

Türkiyədən İrana hazır geyim ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İrana hazırgeyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq,26 milyon 689 min 29 dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə İrana 3 milyon 575 min 67 dollarməbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayıilə müqayisədə 8,2 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyəninhazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faizazalaraq, 16 milyar 661 milyon 719 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 489 milyon 931 mindollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilinsentyabr ayı ilə müqayisədə 4,3 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 18 milyard 111 milyon 716 min dollar məbləğində hazır geyimixrac edib.

Избранный
3
26
az.trend.az

10Источники