RU

Bu il Vakansiya Bankına 600 minə qədər vakansiya yerləşdirilib - Dövlət Məşğulluq Agentliyi

Bakı. Trend:

Vakansiya bankı ölkədə formalaşan böyük bir platformadır. Son 11ay ərzində Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600minə qədər vakansiya məhz Vakansiya bankında yerləşdirilib.

Trend xəbərverir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrininmüavini Hasil Abbasov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İşAdamları Birliyinin konfransıda deyib.

O bildirib ki, bu, təkcə işəgötürən və işaxtaran, işsiz şəxsibir yerdə cəmləşdirən platforma olmasından ziyadə, eyni zamanda,dövlətdəki əmək bazarının tələblərinin inkişaf tendensiyalarını dafluktaktivlərini müəyyənləşdirən datanın əldə edilməsinə də kifayətqədər faydalıdır.

H.Abbasov, həmçinin, Azərbaycanda keçirilən əməkyarmarkalarından da danışıb.

Onun sözlərinə görə, 2024-cü il ərzində Azərbaycanda 144 əməkyarmarkası keçirilib:

"İki mindən çox işəgötürən bu yarmarkalarda iştirak edib. Altıəmək yarmarkası, çox sevindirici və qürurverici haldır ki, işğaldanazad edilmiş ərazilərdə təşkil olunub".

Qeyd edək ki, Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi(ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insanresursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasınınəsas istiqamətlərindən biri kimi” mövzusunda konfranskeçirilir.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarəHeyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək MüfəttişliyiXidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin birneçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra işadamları iştirak edirlər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik ÜmumiYığıncağının keçirilməsi nəzərdə tutulur.

Избранный
9
az.trend.az

1Источники