RU

"Real"dan əfsanəyə möhtəşəm jest: Rəqib meydanında belə şey olmamışdı

İspaniya millisi ilə dünya və ikiqat Avropa çempionu olan Xesus Navas peşəkar futbolçu karyerasını başa vurub.

Publika.az xəbər verir ki, “Sevilya”nın 39 yaşlı əfsanəsi karyerasındakı son matçına çıxıb. Bu, La Liqanın 18-ci turunun “Real”la səfər matçına (2:4) təsadüf edib. O, 65-ci dəqiqədə əvəzetmədən meydana çıxıb.

Oyundan əvvəl hər iki komandanın futbolçuları Navas üçün vida dəhlizi açıblar. “Real”ın yarımmüdafiəçisi Luka Modriç ona Madrid komandasının futbolçularının imzası olan forma hədiyyə edib.

Navas oyundan sonra vida mərasimi barədə danışıb: “Həyatımda rəqib meydanında belə şey görməmişəm. Bu, dəlilikdir. Son bir neçə dəqiqədə heç nə görmədim - yaşadığım bütün anları, “Sevilya” və milli komandaya verdiyim sevinci xatırlayaraq yerə baxdım. Düşünürəm ki, bu qədər insanı xoşbəxt etmək unikal bir şeydir. Sonda çoxlu xatirələr və sevinc qaldı. Əldə etdiyim hər şeylə tək qaldım...”

Избранный
7
publika.az

1Источники