RU

Azərbaycan bütün dünyaya multikulturalizmin mərkəzi kimi təqdim edilir - ƏLİ ƏHMƏDOV

Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. SİA xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusilə suverenliyin və ərazi bütövlüyünün tam təmin olunması ilə tarixi nailiyyətlər əldə edilmiş, həmçinin din və əqidə məsələlərində mühüm dəyişikliklər baş verib”.

Əli Əhmədov bu reallıqlar fonunda dini baxışların və insanların dinə münasibəti sayəsində Azərbaycanın transformasiya dövrünü yaşadığını diqqətə çatdırıb.

Избранный
16
1
sia.az

2Источники