Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 4518 şagirdi respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində biliyini sınayıb. İdarədən TƏHSİL.BİZ -ə verilən məlumata görə, olimpiada ümumi təhsil müəssisələrinin IX-XI sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənləri üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər tədris ilində keçirilir. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə müvafiq fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilir.