“2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə 24 min 265 vətəndaş müraciəti daxil olub”
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.
Nəzərə çatıdırıb ki, bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub.
TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub.
“2024-cü ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbul edilməsi təmin edilib. Cari ilin 11 ayı ərzində Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.
Mina Mikayılova