RU

Azərbaycanda uşaq paltarları bu halda UCUZLAŞACAQ - TƏKLİF

Azərbaycanda uşaq geyimlərinin qiymətlərinin artması son illərdə cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Uşaqların sağlam və təhlükəsiz geyimlə təmin edilməsi valideynlərin əsas prioritetlərindən olsa da, qiymətlərin bahalılığı ailələrin büdcəsinə əlavə yük gətirir.

Bəs nə üçün Azərbayanda uşaq geyimləri bahadır?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Eyyub Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, dünyanın hər yerində uşaq paltarları daha baha olur:

"Ona görə ki, uşaq geyimlərinə aid gigiyenik tələblər daha yüksəkdir. Onlarda istifadə olunan xammalın keyfiyyəti də yüksək olmalıdır. Çünki uşaqlar daha həssas olurlar, bu da qiymətə təsir edir. Bu gün ölkəmizdə uşaq paltarının istehsal olunması üçün imkanlar var. Lakin uşaq paltarında istehsal olunan xammal da xaricdən gəlməlidir və bu da əlbəttə ki, qiymətə təsir edəcək".

QHT

Eyyub Kərimlinin sözlərinə görə, uşaq paltarlarında istifadə olunan xammal ƏDV-dən və ya gömrük rüsumlarının tətbiqindən azad olsa, bu, uşaq paltarları qiymətlərinin aşağı enməsinə öz təsirini göstərə bilər.

Sevinc İBRAHİMZADƏ

Избранный
20
redaktor.az

1Источники