“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”.
İdman.biz xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunun formasını geyinən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov instaqram hesabında yazıb.
I Liqanın XVII turunda "Çorum"la heç-heçə (1:1) etdikləri oyunun asan olmadığını vurğulayıb: “Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi sayəsində qal qazandıq”.
Qeyd edək ki, Dadaşov həmin qarşılaşmanın 61-ci dəqiqəsində meydana çıxıb.
İdman.biz