RU

İcraçı direktor: “Böyük Qayıdış” çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

“Böyük Qayıdış” çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib: “2024-cü ilin yanvarından bu günədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrdən keçirilməsi icra olunub”.

Избранный
8
9
azertag.az

10Источники