RU

"Fənərbağça" Taliskanı transfer edəcək

Türkiyənin "Fənərbağça" klubu Anderson Taliskanın keçidi üçün Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. Braziliyalı oyunçunun birdəfəlik transfer hüququ da Türkiyə klubunda olacaq.

"Fənərbağça" Taliskanın 12 milyon avroluq maaşının yarısını ödəyəcək. Mövsümün sonunda transfer üçün qarşı tərəfə 5 milyon avro veriləcək və futbolçu ilə üçillik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2016-2018-ci illərdə "Beşiktaş"ın formasını geyinən Taliska "ağ-qaralar"la Türkiyə çempionu olub. O, cari mövsüm "Əl-Nəsr"də 19 matçda 8 qola imza atıb.

Избранный
4
bakivaxti.az

1Источники