RU

Kolumbiya Prezidenti: Donald Trampın Panama kanalı barədə planları miqrasiyanın artmasına səbəb olacaq

Bakı, 23 dekabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək niyyətlərinin həyata keçirilməsi Latın Amerikası ölkələrində yoxsulluğun kəskinləşməsinə və ABŞ-a mühacir axınının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro bu barədə özünün sosial media hesabında yazıb.

“Donald Tramp Darien cəngəlliyindən (miqrantların Cənubi Amerikadan şimala əsas keçidi) daha çox insanın keçməsini istəmirsə, bunun xalqlarımızın rifah və azadlığından asılı olduğunu başa düşməlidir. Kanalın panamalılara verilməsinin dəyəri çox görünürsə, Panama, Cənubi Amerika, Mərkəzi Amerika və ya Meksikanı yoxsulluğa düçar etmək daha baha başa gələcək. Əgər onlar bizi ABŞ-da görmək istəmirsə, bütün Amerikanın müstəqillik, azadlıq və demokratik ləyaqət şərtləri əsasında inkişafına ehtiyac var”, - deyə Kolumbiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Kolumbiya öz suverenliyini müdafiə etməkdə Panamanın mövqeyini dəstəkləyir.

Bir müddət öncə Donald Tramp sosial media platformasında Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılacağı təqdirdə ABŞ-ın ona nəzarəti geri qaytara biləcəyini yazıb. Kanaldan istifadəyə görə yüksək tarifləri tənqid edən Ağ evin gələcək rəhbəri, həmçinin Panama hakimiyyətini öz siyasətinə yenidən baxmağa çağırıb.

Panama Prezidenti Xose Raul Mulino isə öz növbəsində kanal üzərində suverenlik və ölkənin müstəqilliyi ilə bağlı danışıqların aparılmayacağını bəyan edib.

ABŞ tərəfindən tikilən və 1914-cü ildə istifadəyə verilən Panama kanalı xeyli müddət Vaşinqton tərəfindən idarə olunub. 1977-ci ildə imzalanan Torrixos-Karter Müqaviləsi nəticəsində kanal 1999-cu ilədək mərhələli şəkildə Panamaya təhvil verilib. Bu müqavilə kanalın neytrallığını və dünya ticarəti üçün açıq qalmasını təmin edib. Qlobal iqtisadiyyat üçün kritik marşrut sayılan kanal ABŞ-ın əsas maraqları dairəsindədir.

Избранный
4
1
azertag.az

2Источники