RU

İsveçrə Ukrayna ilə bağlı ikinci konfrans keçirməyəcək

"İsveçrə hələlik Ukrayna ilə bağlı ikinci konfrans keçirməyi planlaşdırmır, lakin atəşkəs danışıqlarına hazırlaşır".

Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsveçrə bütün maraqlı tərəflərlə əlaqə saxlamağa davam edir. Hazırda İsveçrə ikinci sülh konfransı keçirməyi planlaşdırmır. diplomatik xidmət göstərilib.

Rusiyanın Berndəki səfirliyi isə öz növbəsində bildirib ki, Moskva İsveçrə nümayəndələri ilə, o cümlədən Ukrayna ilə bağlı substantiv və konstruktiv dialoqa hazırdır:

"Qərb ölkələrinin Kiyev tipli sülh formulu ilə Rusiyaya kapitulyasiya tətbiq etmək cəhdləri bizim yanaşmamızı dəyişməyəcək, çünki söhbət ölkəmizin fundamental milli maraqlardan gedir".

Gülşən Şərif
 

Избранный
10
bakivaxti.az

1Источники