RU

"Rusiya Əsədin sərvətinin başqalarının əlinə keçməsinin qarşısını almaq istəyib" - Elçin Xalidbəyli

“Suriyada Bəşər Əsədin çevriliş fonunda ölkədən gizli şəkildə çıxması və rahatlıqla Rusiyaya qaçması müəyyən suallar doğurub. Müxalif qüvvələrin bütün ölkə ərazisində onu axtararkən Əsədin asanlıqla Moskvaya getməsi diqqət çəkib. Bəzi ekspertlərin fikrincə, proseslərdə birbaşa və dolayı yolla əli olan ABŞ, İsrail və Türkiyənin kəşfiyyat xidmətləri Əsədin qaçışından xəbərdar idi. Onun təyyarəsinin koordinatları ələ keçirilə və vurula bilərdi”.

“Burada bir çox ehtimallar mövcud ola bilər. Çünki Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına Suriya prezidenti Əsədin Suriya ərazisində olması təbii ki, sərfəli deyildi.Ona görə də ola bilər ki, Əsədin Suriyanı tərk etməsinə əngəl törətməyə ehtiyac duymayıblar. Digər tərəfdən o da ola bilər ki, rəsmi Ankara həm İran, həm də Rusiya ilə Əsəd rejimin ləğv olunması, sıradan çıxarılması mövzusunda müəyyən danışıqlar aparılıb. Ola bilsin ki, həmin danışıqlarda Əsəd rejiminin çöküşünün qarşılığında rəsmi Ankaradan Əsədin özünün Rusiyaya gedişinə razılıq verilməsi ilə bağlı da bir anlaşma ola bilərdi. Nəhayət, üçüncü bir ehtimal da mövcuddur ki, Rusiya son anda Əsədi gizli şəkildə Suriyadan çıxartmağa nail olub. Bu barədə də müəyyən məlumatlar, iddialar mövcuddur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, həmin iddialara görə, Rusiyanın Suriyadakı hərbi bazalarının birindən Əsədin çıxarılması üçün əvvəlcədən hazırlıq işləri aparılıb.

Избранный
15
aznews.az

1Источники