RU

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması müzakirə olunub

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, sədr müavini görüşdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və banklar tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə banklar tərəfindən sözügedən sahədə görülən işlər, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
11
azertag.az

1Источники