RU

Makronun Afrika siyasətinin iflası – Müstəmləkələr Fransadan üz döndərir

Qana mediasında Afrikada Fransanın təsirinin zəifləməsi ilə bağlı məqalə dərc olunub.

KONKRET.az həmin məqaləni təqdim edir.

“Dekabrın 21-də Fransa prezidenti Emmanuel Makron Əddis-Əbəbəyə (Efiopiya) səfər edib.  Politoloq Taifur Smainin fikrincə, Fransa diplomatiyası ciddi problemlərlə üz-üzədir: “Makronun Efiopiyaya səfəri Fransanın qitədə itirilmiş mövqeyini bərpa etmək üçün bir addım ola bilərdi, amma fərqli mənzərə yarandı, biz  münaqişənin şahidi olduq.  Anonim mənbələr iddia edir ki, Kamerun nümayəndə heyəti 2025-ci ildə keçiriləcək prezident seçkilərində hazırkı prezident və ya onun varisi üçün Parisin dəstəyini almaq istəyib. Lakin vəd edilən yardım əvəzinə onlar hörmətsiz münasibətlə üzləşiblər.

Smain hesab edir ki, Fransanın keçmiş kalaoniyalara münasibətdə mövqeyi müstəmləkəçilik dövründən bəri dəyişməyib.

Makron tərəfindən təklif olunan şərtlər Kamerundan istifadə etmək cəhdi kimi qəbul edildi. Ekspertlərin fikrincə, bu hadisə ölkələrin yeni tərəfdaşlar axtarmağa başladığı regionda Fransa təsirinin zəifləməsini simvollaşdırır.

Fransa uzun müddətdir ki, keçmiş müstəmləkələrini iqtisadi mənfəət üçün manipulyasiya etməyə çalışmaq ittihamları ilə üzləşib. Smainin qeyd etdiyi kimi, Afrika ölkələri bir-bir Parisdən üz döndərib, Çin, Türkiyə və Rusiya kimi dövlətlərlə daha bərabərhüquqlu tərəfdaşlıq axtarışındadır.

Bu kontekstdə Makronun səfəri Fransanın Afrikadakı xarici siyasətində yaxınlaşan böhran kimi dəyərləndirilir.  Təhlilçilər qeyd edirlər ki, Fransa prezidentinin təşəbbüslərinin iflasa uğraması təkcə yerli sakinlərin artan narazılığını deyil, həm də Afrika ölkələrinin müstəqillik və özünüidarəetmə istəyini əks etdirir. Bu proses beynəlxalq münasibətlərdə mühüm dəyişikliklərə gətirib çıxara bilər. Bununla da digər ölkələr keçmiş müstəmləkəçi dövlətlərlə əməkdaşlığa yanaşmalarına yenidən baxmaqla Qərbi Afrikadan nümunə götürə bilərlər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
1
konkret.az

1Источники