RU

Bahar Muradova: Din xadimləri erkən və qohum nikahına dair məlumatlandırmada geniş iştirak etməlidir

Dini təhsil müəssisələrində erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlılığın artırılmasında din xadimlərinin geniş iştirakı şərtdir.

“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər:

"Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarının icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir".

B.Muradova bildirib ki, dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər.

Избранный
1
4
ikisahil.az

5Источники