RU

AFFA-nı ifşa edən Ehtiram Quliyev - İcraiyyə Komitəsinin üzvləri də bu mövzuda susur

"Turan Tovuz"u himayəsinə götürəndən bəri qərb təmsilçisini iddialı kluba çevirə bilən Ehtiram Quliyev bu işə canla-başla girişib. Kurban Berdıyev kimi adlı-sanlı məşqçini komandanın başına gətirən oliqarx quruculuq işlərinə də həssas yanaşır. 

Tovuz stadionunda əsaslı təmir işləri aparılıb, bölgədə torpaq sahəsi alınıb, paytaxtın Kürdəxanı ərazisində də yeni baza tikilir. Ehtiram bəy əlindən gələn hər şey edir, yalnız bir şeydən başqa - Tovuz stadionunun örtüyünü dəyişmir. 

Bu məsələdə dəfələrlə AFFA rəhbərliyinə səslənən iş adamının tərsliyi tutub. Əslində buna tərslik yox, ifşa desək, daha doğru səslənər. Bu, məqsədləri futbola xidmət etmək yox, AFFA-nı ələ keçirmək üçün hər üsula əl atan dəstənin ifşasıdır. Ehtiram bəy bir daha deyib ki, Tovuz stadionundakı meydançaya ot örtüyü salmağa hazırdır. Bir şərtlə ki, pulun yarısını onlar, yarısını da AFFA ödəsin. Yeri gəlmişkən, Gürcüstan futbolunda belə praktika mövcuddur. Dövlət tərəfindən klublara eyni məbləğdə vəsait ayrılır, lakin sponsorların xərclədiyi pula görə də müəyyən bonuslar nəzərdə tutulur.

Azərbaycanda sponsorların futbola yaxın durmaq istəmədiyi bir vaxtda "Turan Tovuz"a böyük yatırımlar edən iş adamı AFFA-dan laqeyd münasibət görür. Ehtiram Quliyevə də təsir eləyən budur. 

Ən maraqlısı odur ki, İcraiyyə Komitəsinin üzvləri də bu məsələdə susur. Məqsədlərinə nail olub kresloları ələ keçiriblər, daha danışmaq sərfəli deyil. 

Arxada qalan 10 aya yaxın vaxtda gəldiyimiz qənaətə uyğun deyə bilərik ki, AFFA-da hər cür rəhbərlik olub, amma bu qədər bivec idarəçilərə rast gəlinməyib. Bir azdan bir illəri tamam olacaq, ortada strategiya söz-söhbətindən başqa heç nə yoxdur. 

Həmid

saytlarin hazirlanmasi

Избранный
20
sportal.az

1Источники