RU

Regionda ən yüksək inflyasiya Türkiyə və İrandadır

2024-cü ilin 11 ayına görə, dünyada ən yüksək inflyasiya Argentina, Suriya, Fələstin, Türkiyə və İrandadır.

Teleqraf.com xəbər verir ki, Argentinada inflyasiya 166, Suriyada 120, Fələstində 88 faiz, Türkiyədə 47,05 faiz, İranda isə 34,5 faiz təşkil edir.

Avro zonasında inflyasiya faizi 2,2 faiz təşkil edir. Dünya iqtisadiyyatları arasında ən aşağı inflyasiya dərəcəsi Çindədir- 0,2 faiz.

Azərbaycanın bir sıra regional layihələrdəki əsas tərəfdaşlarında - Rusiyada 8,9, Qazaxıstanda 8,4, Qırğızıstanda 5,7, Özbəkistanda 10, 24, Gürcüstanda 1,3 faiz təşkil edir.

Azərbaycanda 11 ayda orta illik inflyasiya 2 % olub.


Müəllif: Teleqraf.com
Избранный
5
teleqraf.com

1Источники