RU

“Ukrayna legionu” müxtəlif birləşmələr arasında bölüşdürüləcək

Polşada yaradılan “Ukrayna legionu” Ukrayna Silahlı Qüvvələrinin müxtəlif birləşmələri arasında bölüşdürüləcək.

Herbiand.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Varşavadakı səfiri Vasili Bodnar deyib.

Onun sözlərinə görə, “legion”a yazılanlar müxtəlif hərbi hissələrə paylanılacaq. Eyni zamanda, əsas hərbi hazırlıq Polşada keçirilir.

Səfirin sözlərinə görə, bölgü döyüşçülərin ixtisasından asılıdır: “Döyüşçülər müəyyən funksiyaları yerinə yetirməyə hazırlaşmaq üçün birbaşa ixtisaslaşdırılmış poliqonlara aparılır”.

Qeyd edək ki, “Ukrayna legionu” Polşada yaşayan Ukrayna vətəndaşlarından ibarət hərbi birləşmədir. Onun yaradılmasını Ukrayna prezidenti Vladimir Zelenski Polşanın paytaxtı Varşavaya səfəri zamanı elan edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
6
herbiand.az

1Источники