RU

“Ermənistan ordusu ləğv edilir”

Ermənistanda nəşr edilən “Fakt” qəzeti iddia edib ki, İrəvan hökumətinin verdiyi bir sıra qərarlar ordunun ləğvinə gətirib çıxaracaq. Tribunainfo.az xəbər verir ki, həmin yazıda Ermənistan Silahlı Qüvvələrinin silahsızlaşdırılması və zaman içində ləğv edilməsindən bəhs olunub.
Erməni nəşri yazır ki, illərdir Paşinyan davamlı olaraq peşəkar orduya sahib olmaqdan danışır. “Ancaq müdafiə qabiliyyətini artırmaq adı ilə həyata keçirilən yeganə islahat üç aylıq təlimlərdir. Lakin Azərbaycanın hansı sürətlə silahlandığını nəzərə alsaq, bu təlimlərin, alınan silahların bir işə yaramadığı aydın görünür”.
“Fakt” qəzeti hesab edir ki, Ermənistanın baş nazirinin “ordu sülh gündəminə salınmalıdır” deyimi, Silahlı Qüvvələrin ləğvi anlamındadır. “Bu o deməkdir ki, Ermənistanın yalnız Sərhəd Qoşunları olacaq. Elə Azərbaycan da bunu istəyir. Bu həm də ordunun onurğa sütununu qırmaq üçün növbəti addımdır”.

Избранный
14
tribunainfo.az

1Источники