RU

Əsədin həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Moskvadakı həyatdan narazı qalıb  və boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə "The Jerusalem Post” yazır.


Jurnalistlərin sözlərinə görə, siyasətçinin həyat yoldaşı Rusiya məhkəməsinə müraciət edərək Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib. Hazırda səlahiyyətlilər onun müraciətinə baxır.
 
Nəşrin məlumatına görə, qadın Böyük Britaniyadakı vətəninə qayıtmağa hazırlaşır.
 
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. "Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini” açıqlayıb. Bundan sonra Bəşər Əsəd Rusiyadan sığınacaq alıb. O hazırda Rusiyadadır. Bir neçə gün öncə keçmiş prezident Rusiyaya necə getdiyini şərh edib.
 
Aytac 
 


www.anews.az
Избранный
19
50
anews.az

10Источники