Xəbər verildiyi kimi, dekabrın 21-də Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Publika.az xəbər verir ki, rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Nəticədə Şahlar hadisə yerində dünyasını dəyişib.
Mərhum özəl şirkətlərdən birində çalışırmış. Vəfat edən Şahlar Dadaşovun fotosunu təqdim edirik.