RU

“Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır” – Rusiya XKX

“Moldova prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırladığını açıqlayıb və heç kim təminat vermir ki, o, yeni bir müharibə başlatmayacaq. Avropa İttifaqı (Aİ) Moldovanın “emosional qeyri-sabit” prezidentini necə sakitləşdirəcəyini bilmir”.

Musavat.com ng.ru saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

XKX-dən bildirilir ki, Moldova lideri bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələlərinə dair görüş keçirib. “Görüş Sandunun Dnestryanı bölgə üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb”, - Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib.

Qeyd edək ki, Maya Sandu yenidən prezident seçildikdən sonra Moskvanın bu ölkəyə diqqəti artıb və həm Dnestryanı bölgədə, həm də Qaqauziyada ictimai-siyasi gərginlik yaratmağa çalışır.

Musavat.com

Избранный
21
musavat.com

1Источники