Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsini həyata keçirib.
Mia.az Mərkəzi Banka istinadla xəbər verir ki, istehsal və yenilənmə prosesləri ötən il həyata keçirilmiş 3 qəpiklik pul nişanı mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.