RU

İrandan açıqlama: Suriyadakı yeni hökumətlə əlaqəmiz yoxdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehran administrasiyasının Suriyadakı mövcud administrasiya ilə birbaşa əlaqəsinin olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Bekayi həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

Ölkəsinin Suriya siyasəti ilə bağlı açıqlamalar verən Bekayi, İranın Suriyaya əvvəlki müdaxiləsinin də "terrorla mübarizə" məqsədi daşıdığını iddia edərək, "Keçmişdə bəzi qruplarla əlaqə saxlayırdıq. Ancaq Suriyanın indiki hökuməti ilə birbaşa əlaqəmiz yoxdur" dedi.

Türkiyə ilə Suriya mövzusunda fikir mübadiləsi apardıqlarını ifadə edən Bekayi, "Bölgədə və Suriyada baş verən proseslərdə iştirak edən hər bir aktyor və tərəfin hadisələrlə bağlı özünəməxsus izahatları var. Lakin bu rəvayətlərin hamısının bizim tərəfimizdən qəbul edilməsi lazım deyil"-deyə, bildirdi.

Son hadisələrdən sonra Suriyada İran vətəndaşının olmadığını bildirən Xarici İşlər Nazirliyinin sözçüsü, "Suriyadakı qeyri-müəyyənliyə görə vətəndaşlarımızın Suriyaya getməsini tövsiyə etmirik. Diplomatlarımız və hərbi müşavirlərimiz Suriyanı tərk edib. Hazırda Suriyadaİran vətəndaşının olduğunu düşünmürəm"- açıqlamasını verdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
9
1
turkustan.az

2Источники